İslandiyada fəaliyyətə keçən Grimsvötn vulkanı kül püskürməkdə davam edir. SİA-nın məlumatına görə, kül buludlarının Avropaya yayılması təhlükəsi böyük nigarançılığa səbəb olub.
Lakin islandiyalı geofizik Eyner Kjartansson mövzu ilə bağlı açıqlaması zamanı vəziyyətin o qədər də qorxulu olmadığını deyib: \"Grimsvötn vulkanından sonra bir sıra mütəxəssislər kül buludunun Avropaya yayılacağını dedilər. Əslində bu fikrə görə bu qədər narahatlıq keçirməyə dəyməz, çünki bu fikirlər qəti deyil. Düzdür, vulkan hələ də fəaliyyətdədir və kül buludlarının böyük bir hissəsi şəhərə yayılıb. Amma, yenə də bunun Avropa ölkələri üçün təhlükə olduğunu düşünmək düzgün deyil\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB