Ukrayna prezidenti Viladimir Zelenski Türkiyəyə işgüzar səfər edib. SİA-nın xəbərinə görə, səfər çərçivəsində dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparacaq.
Daha sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB