Koronavirusun yeni ştammları Tokio iqtisadiyyatına 4 trilyon yenədək zərər vura bilər

Koronavirusun yeni ştammları Tokio iqtisadiyyatına 4 trilyon yenədək zərər vura bilər
Tokio Universitetinin mütəxəssislərinin hesablamalarına görə, koronavirusun yeni ştammlarının yayılmasının qarşısı alınmayacağı təqdirdə, bu, Yaponiya paytaxtının iqtisadiyyatına 4 trilyon yenədək zərər vura bilər. SİA "Kyodo" agentliyinə istinadla xəbər verir ki, hökumət tərəfindən virusun qarşısının alınması ilə əlaqədar müvafiq tədbirlər görüləcəyi təqdirdə, zərərin qarşısı alına bilər. Tokio Universitetinin tədqiqatçıları bildirirlər ki, koronovirusun yeni mutasiyalarının sürətlə yayılması mayda Tokioda gündəlik yoluxma sayını 1400 nəfərədək artıra bilər. Qeyd edilir ki, aprelin əvvəllərində bu göstərici təqribən 500 nəfərə çatır. Tokio Universitetinin dosentləri Taysuke Nakata və Daysuke Fucinin rəhbərlik etdiyi qrup üzvlərinin rəyinə görə, hadisələr belə davam edərsə, paytaxt iqtisadiyyatına 3,76 trilyon yen zərər dəyə bilər. Alimlərin bildirdiyinə görə, yeni ştammların yayılmasının qarşısı alınacağı təqdirdə isə bu rəqəm 2 trilyon yendən çox olmayacaq. Həmçinin bildirilir ki, hökumət tərəfindən müvafiq tədbirlər görülərsə, mayda koronavirusun gündəlik yayılması 1000 nəfərdən çox olmayacaq və bu göstərici ilin sonunadək azalmaqda davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə