Rusiya ilə Türkiyə arasında uçuşlar 12 aprel tarixindən bir ay məhdudlaşdırıla bilər

Rusiya ilə Türkiyə arasında uçuşlar 12 aprel tarixindən bir ay məhdudlaşdırıla bilər

Epidemioloji vəziyyətə görə Rusiya ilə Türkiyə arasında uçuşlar 12 aprel tarixindən bir ay məhdudlaşdırıla bilər.

SİA-nın məlumatına görə, bu barədə "İzvestiya" qəzeti Rusiya Nəqliyyat Nazirliyində və iki böyük turizm agentliklərinin mənbələrinə istinadən bildirib.

Məlumata əsasən, məhdudlaşdırıcı tədbirlər aprelin 12-dən etibarən qüvvəyə minə bilər, lakin uçuşların tam dayandırılması gözlənilmir.

Məhdudiyyətlərin çarter uçuşlarına qadağanı əks etdirəcəyini və Türkiyədən gələnlər üçün 14 günlük karantin tətbiq olunmasının mümkün olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə