Ermənistanda fərarilər əfv olunacaq

Ermənistanda fərarilər əfv olunacaq

Ermənistanda ötən il Qarabağ müharibəsinədək hərbi xidmətdən yayınmağa görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə amnistiya veriləcək. SİA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, bununla bağlı qanun layihəsi hökumətin iclasında təsdiqlənib.

Ermənistanın ədliyyə naziri Rustam Badasyan bildirib ki, amnistiya ötən ilin sentyabrınadək xidmətdən yayınanlara şamil olunacaq.

Qanun layihəsinə əsasən, 5 min nəfər axtarışa verilən və 100-dən çox məhkum olunmuş şəxs amnistiyaya düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə