İqlim böhranının təsirləri gündən-günə daha aydın görünür. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yeni Zelandiya tədqiqatçıları, 48.661 növün okean sularının istiləşməsi səbəbindən köç etdiyini təsbit edib.
Araşdırmalara görə, okean suyundakı istiləşmə 1955-ci ildən bəri suyun altında və üstündə yaşayan 48.661 növün köçünə səbəb olub. Dəniz quşları da daxil olmaqla növlər tropik yuvalarını tərk edərək daha sərin sulara doğru köç edirlər. Təbii yaşayış yerləri olan ekvatorial bölgədəki suyun temperaturu 20 dərəcədir.
İqlim dəyişikliyinin pis ssenarilərinin qarşısını almaq üçün karbon emissiyalarını azaltmaq üçün təzyiqlər var. Kiçik adalarda və bəzi şəhərlərdə hava hadisələri həddindən artıq artmaqdadır. Artan hava istiliyinin bəzi ölkələrin qida müxtəlifliyinə də təsir etdiyi ortaya çıxıb. Son araşdırmalar iqlim dəyişikliyinin insanlara və onların həyat tərzinə təsir etdiyinə dair bir sübutdur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB