“Düşdüyümüz dərin çaladan çıxmaq ipucu axtardığımız bir məqamda ətrafımızda birbaşa qlobal və regional inkişaflar davam edir. Təbii ki, bu da bizə birbaşa çox pis təsir göstərir”. Bunu hazırda sabiq prezident Serj Sarkisyanın yanında kargüzarlıq edən Armen Aşotyan Avropa Şurasının prezidenti Şarl Mişel və Komissiyasının rəhbəri Ursula Van der Lyanın Türkiyəyə etdikləri səfərə münasibət bildirərkən deyib. SİA xəbəri erməni mətbuatına istinadən dərc edir.
Aşotyanın erməni düşüncəsinə görə, Avropa rəsmiləri Türkiyədən əvvəl, gəlib ermənilərin halını soruşmalı idilər. Çünki Ermənistan bu bölgədə xristian dünyasının “gözüdür”. Yəni dünyanın ilk xristian ölkəsidir.
Amma nə Mişel, nə də Ursula Ankaradakı görüş zamanı “böyük erməni xalqına qarşı edilən təcavüz” barədə heç nə danışmadılar. Əvəzində silahlıların Liviyadan geri çəkilməsinin zəruriliyindən danışdılar.
...Bu gün Vaşinqton-Brüssel və Moskva-Pekin cütlükləri arasında Türkiyə üçün çılğın mübarizə getdiyini biz ermənilər də görürük. Amma buna baxmayaraq, avropalı rəsmilərin erməni xalqından “nəvaziş”lərini əsirgəməsi biz erməniləri yaman üzür.
Əslində, bütün bunların günahkarı Nikol Paşinyan olmaqla Ermənistan hakimiyyətidir. Hazırda onların hakimiyyətdə qalmaqda əsas məqsədləri bizi geopolitik sövdələşməyə çevirməkdir.
Məsələn, sabah Türk dünyasının ən yaxın dostu Pakistanın Ermənistana qarşı siyasətini tənzimləmədən(?) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və ya Avrasiya İqtisadi Birliyində təmsil olunması biz ermənilərə təəccüblü gəlməyəcək.
Çünki son iki gündə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İslamabada baş tutan səfəri şimal müttəfiqimizin biz ermənilərə qarşı göstərdiyi “ən aşağı dəyər” kimi qəbul edilməlidir.
Əslində, biz müttəfiq bildiyimiz dövlət rəsmisinin 9 illik fasilədən sonra Pakistana etdiyi səfəri çoxsaylı qlobal və regional proseslər kontekstində nəzərdən keçirməliyik.
Eşitdiyimizə görə, Rusiya Pakistana hərbi və hərbi-texniki əməkdaşlıq proqramı təklif edib.
Biz ruslara xatırlatmaq istəyirik ki, onların maraq göstərdiyi Pakistan Vaşinqton və Pekin ilə çox isti, həm də strateji əlaqələrə sahib olan bir ölkədir. Bundan başqa bu ölkə Türkiyənin müttəfiqidir. Həmişə də Azərbaycanı dəstəkləyib.
Bundan başqa, indi Rusiyanın “qucaq açmaq” istədiyi Pakistan Ermənistana rəqib bir dövlətdir. Görən, İslamabada səfər edən rus rəsmisi bunu nəzərə alıbmı? Bundan əlavə, bu rusların Qafqazdakı “ən sədaqətli” müttəfiqlərinə qarşı etdikləri hörmətsizlik deyilmi?
Maraqlıdır ki, Armen Aşotyan Rusiyanın bu addımı atmasında “günahkar” kimi Ermənistan Xarici İşlər Nazirliyini görür: “Niyə Xarici İşlər nazirimiz vaxtında Lavrovu məlumatlandırmayıb, pakistanlıların ermənlərə yaxşı münasibət göstərmədiklərini ona deməyib?
Ona görə də, sabah Pakistanın Ermənistanla “dost olmaq üçün minnətçi düşmədən” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və ya Avrasiya İqtisadi Birliyində təmsil olunması biz erməniləri təəccübləndirməyə bilər”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB