Obamanın ilk dayanacağı İrlandiya oldu

Obamanın ilk dayanacağı İrlandiya oldu

ABŞ Prezidenti Barak Obama İrlandiyada rəsmi səfərdədir. SİA-nın məlumatına görə, dövlət başçısı Avropa ölkələrinə 6 günlük rəsmi səfəri çərçivəsində ilk olaraq İrlandiyada olacaq. Prezident İrlandiyada dövlət başçısı Mari Makelis və baş nazir Enda Kenni ilə görüşəcəck. ölkə rəhbərləri arasında bir sıra məsələlərin müzakirə olunması nəzərdə tutulub.

Dublinin mərkəzində xalqa açıqlama verməsi planlaşdırılan Obama İrlandiyaya həyat yoldaşı Mişel Obama ilə birlikdə gedib.

Qeyd edək ki, ABŞ lideri səfər çərçivəsində, Offali bölgəsindəki Moneyqall kəndində yaşayan ulu babasının evinə də baş çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə