Ərəb Dövlətləri Liqası İsrail-Fələstin məsələlərini müzakirə edəcək

Ərəb Dövlətləri Liqası İsrail-Fələstin məsələlərini müzakirə edəcək

Ərəb Dövlətləri Liqası mayın 28-i Qətərin paytaxtı Dohada konfrans keçirəcək. SİA-nın məlumatına görə, konfransda İsraillə Fələstin arasındakı məsələlər müzakirə ediləcək.

Liqanın baş katibinin müavini Əhməd bin Helli konfransın keçiriləcəyi tarix və müzakirə olunacaq məsələlər haqqında məlumat verib: \"Ərəb Dövlətləri Liqasının iştirak edəcəyi təcili konfrans mayın 28-də Qətərin paytaxtı Dohada keçiriləcək . Konfransa Qətər Xarici İşlər Nazirliyi rəhbərlik edəcək. Eyni zamanda konfransda İsrail-Fələstin münasibətləri də müzakirə olunacaq. Məlum olduğu kimi, son zamanlarda ABŞ prezidenti Barak Obama Fələstin dövlətinin qurulmasını istəyib, İsrail isə buna sərt reaksiya verib. Lakin bütün bunlara baxmayaraq, yenə də İsrail-Fəsləstin münasibətlərində müəyyən irəliləyişlər nəzərə çarpır\".

Bütün xəbərlər Facebook səhifəmizdə