Koronavirusa yoluxanları sayı 4 606 162 nəfərə çatdı

Rusiyada son bir gündə daha 8 294 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da ölkə üzrə koronavirusa yoluxanların sayı 4 606 162 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 374 nəfər artaraq 101 480-ə yüksəlib. COVID-19-dan sağalanların sayı isə 4 229 480 pasiyentə çatıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə