Estoniyanın rusdilli sakinləri necə yaşayır...

Estoniyanın rusdilli sakinləri necə yaşayır...

Yerli rusların dediyinə görə, Estoniyada etnik bərabərsizlik koronavirus böhranından əvvəl də mövcud olub. İndi eston səlahiyyətlilərinin rusların və ya rus dilində danışanların yerli dili öyrənib Estoniya vətəndaşlığı almalarının vacibliyini, bir növ tələb etsələr də, əslində, məsələ tam başqadır.

Bu gün hökumət tərəfindən artıq razılaşdırılmış kimi görünən təhsilin Estoniya tədris dilinə yaxınlaşması və şist neft enerjisindən imtina rus dilində danışan insanlara çox qeyri-müəyyənlik gətirib. Bununla yanaşı, hazırda Estoniyada yaşayan rusdilli əhalinin çox böyük bir hissəsi bu günə qədər maraqlarını təmsil edən partiya və siyasətçilərdən, onların fəaliyyətindən elə də məmnun deyillər.

SİA dünya mətbuatına istinad edir.

Bu, öz növbəsində, Estoniya elitasının hələ də rusdilli cəmiyyətin maraqlarını nəzərə ala bilməməsi və ya bunu istəməməsi hissini daha da gücləndirir.

Əslində, burada rusdilli cəmiyyəti görməzlikdən gəlmək səhvdir. Çünki hazırda böhranda uduzanlar bütün Estoniya cəmiyyətidir, lakin həmişə olduğu kimi, hər böhranda zərbədən ən çox əziyyət çəkənlər də olur.

Qeyd edək ki, bu gün Estoniyada işsizlərin sayı artaraq təxminən 50 min nəfərə çatıb. Ölkənin Statistika İdarəsinin son məlumatlarına görə, rus dilində danışanlar arasında işsizlik nisbəti estonlarla müqayisədə daha yüksəkdir. Ən yüksək işsizlik nisbəti rusdilli qadınlar arasında müşahidə olunur. Bölgələr baxımından vəziyyət Estoniyanın Şimal-Şərqində daha pisdir.

Bəli, bu etiraf edilməlidir ki, Estoniyada etnik bərabərsizlik koronavirus böhranından əvvəl də mövcud olub.

Məsələn, Estoniyanın 2017-ci il İnsan İnkişafı Hesabatında belə, rus dilində danışanlar üçün əmək bazarı perspektivlərinin estoniyalılara nisbətən çox pis olduğu qeyd edilib.

Hazırda Estoniyanın dövlət sektorunun nümunə ola bilmədiyi də, təəssüflə də olsa qeyd edilməlidir. Belə ki, mövcud hökumətin çox yaxşı bir cinsi tarazlığı olsa da, amma içərisində bir dənə də olsun rus dilində danışan yoxdur.

Doğrudur, vaxtilə Tallində hakimiyyətdə olan mərkəzçilər, praktik olaraq, rusdilli siyasətçilərə karyera pilləkənləri ilə yüksəlmək imkanı verən tək tərəf olub. Lakin onların da fəaliyyəti çox dar çərçivədə idi.

Sual doğa bilər: yəni, doğrudanmı, Estoniyada, məsələn ölkə parlamentində və ya dövlət müəssisəsində məsul vəzifə tuta hər hansı bir rusdilli yoxdumu?

... Bundan başqa, hazırda ölkədə rus dilində məktəb təhsilinin taleyinin necə həll ediləcəyi hələ də aydın deyil.

Bu gün 1991-ci ildən bəri Estoniyada yaşayıb, amma vətəndaşlığı olmayan şəxslər var. Amma eston hökuməti bu şəxslərin problemlərini “vətəndaşlıq pəncərəsi” deyilən şəkildə həll etmək üçün məqbul bir uzlaşma tapmaqda hələ də tərəddüd edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə