Mərakeş əhalisinin 3,8 milyonu iki, 4,3 milyonu isə bir doza peyvənd olunub
Mərakeş hökuməti bildirib ki, ölkə əhalisinin 3,8 milyonu iki, 4,3 milyonu isə bir doza vaksin alıb.
SİA Mərakeş Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, krallıq koronavirus üzrə immunizasiya kampaniyasının lideridir.
Afrika qitəsində koronavirusa qarşı tətbiq edilən vaksin dozalarının 95 faizi bu ölkənin payına düşür.
Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı da Mərakeşin öz əhalisinin çox hissəsini peyvənd etmiş dünya ölkələrinin ilk onluğuna daxil olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB