Çilinin səhiyyə sistemi koronavirus səbəbindən çökmə həddinə çatıb - Ölkə prezidenti
Çilinin səhiyyə sistemi koronavirusa yoluxma hallarının artması səbəbindən çökmə həddinə çatıb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Sebastyan Pinyera bildirib.
"Koronavirusun təkrar dalğası Çiliyə ağır ziyan vurub. Səhiyyə sistemimiz öz imkanları xaricində çalışır, amma xəstələr lazımi müalicəni almaqda davam edirlər", - deyə prezident virusa qarşı peyvəndləmə kampaniyası ilə bağlı təşkil olunmuş mətbuat konfransında bildirib
Pinyera hökumətin pandemiya ilə mübarizədə "səhvlərə yol verdiyini" etiraf edib, ancaq bildirib ki, rəsmi qurumlar heç vaxt koronavirus təhlükəsinə laqeyd yanaşmayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB