Yeni nəsil döyüş təyyarəsinin prototipi üçün imzalar atılıb

Yeni nəsil döyüş təyyarəsinin prototipi üçün imzalar atılıb

Avropanın beynəlxalq "airbus" şirkəti və fransız "dassault", Avropanın yeni nəsil qırıcı təyyarəsi prototipi üçün razılığa gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropanın ortaq döyüş təyyarəsi olan yeni nəsil döyüş təyyarəsinin prototipi üçün imzalar atılıb.

Həmin modelin "eurofighter" və "rafale" döyüş təyyarələrinin 2040-cı ilə qədər dəyişdirilməsi planlaşdırılır. Layihə çərçivəsində, döyüş təyyarələrinin yanında pilotsuz uçuş aparatları istehsal etmək hədəflənir.

Sözügedən layihə ilk olaraq, Almaniyanın Baş naziri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron tərəfindən elan edilib. Bununla yanaşı, şirkətlər arasındakı qarşıdurmaya ölkələr arasındakı ziddiyyətlər əlavə olunduqda, layihə bir müddət dayanıb.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə