Ruslar içkidən imtina edir?

Rusiya Dövlət Duması ölkədə baş alıb gedən alkoqolizmə qarşı mübarizə təklifi hazırlayır. Bu barədə Dumanın Sağlamlığı Qoruma Komitəsinin sədr müavini Nikolay Qovorin bildirib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Deputatın dediyinə görə, hazırda ölkə səlahiyyətliləri yaxın 10 il üçün alkoqol əleyhinə yeni bir siyasət hazırlayırlar.

Qovorin bəzi mənbələrə istinad edərək, son illər ruslar arasında alkoqol istehlakının həcminin daha da artdığını bildirib. Guya ölkədə alkoqolla mübarizə strategiyası bu göstəricilərin azalmasına kömək etməlidir.

Xatırladaq ki, bir müddət bundan əvvəl rusiyalı psixiatr-narkoloq Dmitri Qubarev rusları alkoqollu kokteyllər içməkdən çəkinməyə çağırmışdı. O, bunu kokteylli içkilərin ən təhlükəli alkoqol növü olduğunu izah etmişdi.

Yeri gəlmişkən bildirək ki, vaxtilə rus yazar Mixail Saltıkov Şedrin yazırdı ki, əgər mən öləndən 100 il sonra dirilsəm belə, Rusiyada korrupsiya və sərxoşluğun mövcud olduğunu görsəm, buna təəccüb etməyəcəyəm.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə