Hindistan son 24 saatda 103 min 558 nəfərdə koronavirus təsbit edilib. SİA Hindistanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici rekord sayılır. 2020-ci il sentyabrın 16-da bir sutkada 97 min 859 nəfərin koronavirusa yoluxmuşdu. Artıq ölkədə COVID-19 testi müsbət çıxanların ümumi sayı 12 milyon 589 min 67 nəfərə çatıb. Son sutkada koronavirusdan 478 nəfər ölüb. Bununla da virus qurbanlarının ümumi sayı 165 min 101 nəfərə yüksəlib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB