Son zamanlarda müasir silahlı qüvvələr tərəfindən döyüş və kəşfiyyat məqsədləri üçün fəal şəkildə istifadə edilən pilotsuz uçan aparatlar - pilotsuz təyyarələr dünya ordularında geniş yayılmaqdadır.
SİA bu barədə xarici mətbuata istinad edir.
Beləliklə, Yaponiyanın hərbi müşahidəçiləri Rusiya müdafiə sənayesinin yeni istehsalı, pilotsuz təyyarələri olan “Raketa” və “REX-1” haqqında məlumat yayıb.
Yaponların bildirdiyinə görə, rus istehsalı olan “Raketa” pilotsuz uçuş aparatı qarşı tərəfin təyyarələrinə hücum etməklə yanaşı, xüsusi şəbəkələrdən istifadə edərək onları ələ keçirməyə qadirdir.
Qeyd edək ki, “Raketa”lar “kamikaze dronları” adını alıblar.
Xatırladaq ki, onların istehsalı ucuz olsa da, qarşı tərəfin canlı qüvvəsi və hərbi texnikası üçün yüksək risklər yaratmaq iqtidarındadır.
Rusların “REX-1” pilotsuz uçuş aparatı isə Kalaşnikov konserninin yeni layihəsidir . “REX-1” radar tipli güclü bir elektromaqnit şüasının köməyi ilə bütün tip pilotsuz təyyarələri sıradan çıxara bilir.
Xatırladaq ki, hazırda Kalaşnikov konserni “REX-1”-lə müqayisədə daha güclü “REX-2” seriyası üzərində çalışırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB