Avstraliyada qayıqda baş vermiş partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb
Avstraliyada Sidneyin şimalındakı Hakesberi qəsəbəsində qayıqda partlayış baş verib.
SİA yerli "9news" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər xəsarət alıb.
İlkin məlumatla görə, yanacaq doldurma zamanı qayıq alışıb. Şahidlərin sözlərinə görə, partlayışdan bir qədər əvvəl bir neçə uşaq gəmini tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB