İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb
İordaniyanın paytaxtı Əmman şəhərində Kral aiələsinin üzvü Şerif Həsən bin Zayd və Kral II Abdullahın sabiq məsləhətçisi, sabiq maliyyə naziri Bassam Avadalla saxlanılıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İordaniyanın "Petra" agentliyi xəbər verib. Məlumata əsasən, daha bir neçə nəfər təhlükəsizlik səbəbi ilə saxlanılıb. "Əl Mayadin" telekanalı öz növbəsində bildirir ki, Əmmanda Kral II Abdullahın hakimiyyətdən uzaqlaşdırılması məqsədilə hazırlanmış planın üstü açılıb və dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Qeyd edilir ki, hazırda keçmiş vəliəhd şahzadə Həmzə bin Hüseyn və bir neçə yüksək rütbəli zabit ev dustaqlığında saxlanılır. Lakin Əmmandakı rəsmi nümayəndə keçmiş vəliəhd şahzadənin saxlanılmasına dair məlumatları təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə