Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, 186 nəfər xəsarət alıb. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, ölənlərdən biri Fransa, ikisi isə ABŞ vətəndaşıdır, daha 4 meyitin kimliyi müəyyən edilməyib.
Məlumata əsasən, xəsarət alanlar arasında Avstraliya, Çin və Yaponiya vətəndaşları da var, azı 40 nəfər hələ də xəstəxanadadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB