“Sülhsevər” erməni açıqlaması

“Sülhsevər” erməni açıqlaması

...İndi də Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan dünyadan narazılıq edir. Deyir ki, hələ 2016-cı ilin aprelində dünya Azərbaycanı Qarabağdakı "sülhsevər" erməniləri incitdiyinə görə, qınasaydı, bəlkə də 44 günlük müharibə bu qədər "məsum erməni" qırılmazdı.

...Biz sakit və mədəni və eyni zamanda dünyada xristianlığın ilk təşəkkül tapdığı bir xalqın nümayəndələriyik. "Soyqırıma" məcbur qalmışıq. Buna görə, dünya dövlətləri bizi qoruyub çoxalmağımıza diqqət ayırmalıdır. Amma onlar bunun tam əksini edirlər. Elə son 44 günlük müharibəni götürək. Ruslardan başqa, hec kim bizə kömək etmədi. Onlar olmasaydı, nə bilim indi hardaydıq. Biz ermənilərin bəxti elə əvvəldən gətirməyib. Bütün qonşu dövlətlər bizə "qənim" kəsiliblər. Bizim onlardan elə də umacağımız yoxdur... Sadəcə, biz ata-babamızdan qalan torpaqlarımızı istəyirik. Bu gün bizim qonşularımızın ən böyük qəbahətləri bizim "böyük Tiqranın" varisləri olduğumuzu başa düşmək istəməməlidir.

Götürək elə bu gürcüləri. Onlar elə bilirlər ki, Cavaxetini biz onlara bağışlamışıq. Əslində bu belə deyil. Gürcülərin Axalkalakini Gürcüstanın doquz diyar mərkəzindən biri kimi tanıtmaqları ilə deyil ki... Bu torpaqlar hamısı bizə dədə-babadan qalma erməni torpaqlarıdır.

Bizim indi az olmağımıza baxmayın. Biz "böyük və əyilməz" bir xalq olmuşuq. Tarixə baxsanız, İrəvanın Romadan da əvvəl tikildiyini görəcəksiniz. İtalyanların bizə önəm verməməsi, bizdən çox Azərbaycanla yaxınlıq etməsi də, məncə, elə bununla bağlıdır.

Azərbaycan demişkən, deməliyəm ki, bu gün onların özlərini sülhsevər kimi göstərmələri beynəlxalq ictimaiyyət üçün yalnız bir illüziya yaratmağa hesablanıb. Əslində isə onlar ermənilərə qarşı nifrət hissi ilə "doludurlar". Amma bu belə olmamalıdır. Dünyanın "ermənilərlə hesablaşıb, onlara qayğı göstərdiyi kimi", azərbaycanlılar və hətta türklər də bizimlə hesablaşıb bizə qayğı göstərməlidirlər.

...Gərək ki, bizlərdə belə deyirlər də: abırlı abrından çəkinər, bəs abırsız nədən çəkinəcək. Bilirsiniz, erməni insan haqları müdafiəçisinin "cıxışında" mənə maraqlı gələn nədir? Onun "sülhün ermənilər üçün yüksək dəyərli" olduğunu söyləməsi. Əslində, burada qeyri-adi heç nə yoxdur. Çünki Arman Tatoyan insan hüquq müdafiəçisi olsa da, ermənidir.

Yalan, riyakarlıq, qaniçənlik, xəyanətkarlıq kimi insanlığa sığmayan xüsusiyyətlərə malik bir erməni. Məhz bu mənada ondan başqa bir açıqlama gözləməyə də dəyməz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə