Obama Avropa turnisinə başlayır

Obama Avropa turnisinə başlayır

ABŞ prezidenti Barak Obama bu gündən etibarən Avropa səfərinə başlayır. SİA-nın məlumatına görə, səfərini İrlandiyadan başlayan Obama ilk öncə Dublində çıxış edəcək, daha sonra isə Moniqala gedəcək.

İrlandiyadan sonra isə ABŞ prezidenti Böyük Britaniyaya yollanacaq. Burada o, baş nazir Devid Kemeron və kraliça ilə görüşəcək. Bundan sonra Obama Fransada keçiriləcək G8 sammitinə qatılacaq.

Obama gələn həftə Polşaya səfəri ilə Avropa turnesini yekunlaşdırmağı planlaşdırır.


Bütün xəbərlər Facebook səhifəmizdə