Çin vaksini Gürcüstana çatdı

Gürcüstana 100 min dozadan ibarət Çinin “Sinopharm” şirkətinin istehsalı olan koronavirus əleyhinə peyvənd tədarük olunub. SİA xəbər verir ki, preparatlar xüsusi reyslə Tbilisi beynəlxalq hava limanına çatdırılıb.

Gürcüstanda Çin vaksini ilə peyvəndlənmə prosesinə hələ başlanılmayacaq. Qonşu ölkə preparatın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmasını gözləyəcək.

“Sinopharm” preparatı 55 yaşdan yuxarı vətəndaşlar və səhiyyə işçilərinin vaksinasiyası üçün istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə