Əsgər valideynləri Paşinyanla görüş tələb edir

Əsgər valideynləri Paşinyanla görüş tələb edir

Ermənistanın paytaxtında, Hökumət binası önündə Şirakdan olan 62 hərbçinin valideyni müddətsiz aksiya keçirmək qənaətinə gəliblər. SİA-nın erməni mediasına istinadən verdiyi məlumata görə, üçtərəfli bəyanatdan sonra antiterror əməliyyatı nəticəsində ələ keçirilən bu hərbçiləri Azərbaycan tərəfi əsir yox, terrorçu hesab edir və onlara qarşı müvafiq ölçü götürüləcəyini bildirir.

Mənbə bildirir ki, günorta saatlarından başlayan aksiya bu dəqiqələrə qədər davam edir və valideynlər Baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Administrasiyadan isə bildiriblər ki, Paşinyan Moskva görüşündən əvvəl çox məşğuldur və valideynləri qəbul etmək imkanında deyil.

Valideynlər yerli "Aravot" qəzetinin əməkdaşına bildiriblər ki, baş nazirlə görüşməyənə qədər gözləyəcəklər, lazım gəlsə gecəni də hökumət binası qarşısında keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə