Kreml ABŞ-ın Ukraynadakı fəaliyyətinə sərt cavab verdi

Kreml ABŞ-ın Ukraynadakı fəaliyyətinə sərt cavab verdi

Peskov: “Ukrayna və digər Rusiyaya qonşu ölkələrdə NATO-nun gücləndirilməsi halında, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək”

SİA TASS-a istinadən xəbər verir ki, Kremlin nümayəndəsi Dmitri Peskov, Birləşmiş Ştatlar qoşunlarının Ukrayna ərazilərində meydana çıxması və ya NATO qüvvələrinin qonşu ölkələrdə gücləndirilməsi halında, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərin alınacağını söyləyib.

ABŞ-ın “gərginləşmə vəziyyətində, Ukraynanı düşmənlə tək qoymayacağı və Rusiyanın təcavüzkar istəklərinin reallaşmasına imkan verməyəcəyi” ifadələrinə belə cavab verən Peskov, öz növbəsində NATO qoşunlarının Ukrayna ətrafında döyüş hazırlığını artırmağı təklif edən Kiyevin açıqlamasına da cavab verib.

“Şübhəsiz ki, ssenarinin belə inkişafı Rusiya sərhədləri yaxınlığında gərginliyin daha da artmasına səbəb olacaqdır. Əlbəttə ki, bu, təhlükəsizliyini təmin etmək üçün Rusiya tərəfindən əlavə tədbirlər tələb edəcək”- Peskov deyib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə