Ermənistanın baş naziri Nikol Paşinyan 7 aprel tarixində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. SİA Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Mane Gevorqyan bildirib.
Onun sözlərinə görə, 7 aprel tarixində Moskvada keçirilməsi planlaşdırılan bir görüşlə əlaqədar olaraq Paşinyan 2 apreldən bəri özünü təcrid vəziyyətində işləyir. Gevorqyan bunu "Şəxsi qəbullar və kütləvi tədbirlər istisna olmaqla baş nazir planlaşdırılmış gündəliyə uyğun işləyir" sözləri izah edib.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB