Argentinanın paytaxtı Buenos-Ayres şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnən yanğın baş verib. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi xəbərə görə, Gernika yaşayış məntəqəsində tez alışan materiallardan inşa edilmiş yaşayış evinin yanması nəticəsində, 9 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Ölənlərdən 8-nin azyaşlı uşaq olduğu həmçinin qeyd olunan şəxslərin bir ailənin üzvləri olduğu bildirilir.
Yanğın başlayandan bir neçə dəqiqə sonra evdə olan məişət qaz balonunun partladığı qeyd olunur. Hadisə yerində müvafiq işlər görülüb. İlkin araşdırmalar nəticəsində yanğının qəsdən törədildiyi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB