Türkiyədə yük maşınında gizlənən 218 miqrant aşkarlanıb

Türkiyədə yük maşınında gizlənən 218 miqrant aşkarlanıb
Türkiyədə ağır tonnajlı yük maşının kuzasında 218 miqrantın olduğu aşkarlanıb. SİA xəbər verir ki, TIR-ın qanunsuz olaraq qaçqınları daşıması polis əməkdaşlarının Van vilayətinin Erciş rayonu ərazisində keçirdikləri reyd zamanı üzə çıxıb. Bildirilir ki, yük maşının sürücüsü həbs edilib, qaçqınlar aidiyyəti qaydada Van Miqrasiya İdarəsinə təhvil verilib. Qeyd edək ki, bu ərazidə martın 5-də baş vermiş yol-qəzası zamanı TIR-ın kuzasında 114 qaçqının olduğu aşkarlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə