Kandelaki, doğrudanmı, “utanır”?

Kandelaki, doğrudanmı, “utanır”?

Gürcüstanda doğulsa da qanı erməni qanı ilə qarışıq olan Tina Kandelaki jurnalist Vladimir Poznerin Tbilisidə gürcülərin ona qarşı təşkil etdikləri aksiyadan “utandığını” bildirib. Onun sözlərinə görə, televiziya aparıcısı Gürcüstan haqqında jurnalistə qarşı çıxan insanlardan daha çox şey bilir.

SİA bu barədə rus mətbuatına istinad edir.

“...Vladimir Poznerin gəldiyi “Tbilisi” otelində baş verənlərdən utanıram. Biz, gürcülər, hər zaman qonaqpərvərliyimizlə seçilmışık. Amma belə görünür ki, qonaqpərvər xalq olduğumuza inanmırıq. İndi də görürəm ki, Gürcüstanı ürəkdən sevən bir insana qarşı biabırçı bir münasibət görmək üçün yaşamışıq”.

Kandelakinin sözlərinə görə, guya Pozner Gürcüstanı çox sevir.

Qeyd edək ki, bundan bir müddət əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov Poznerin Gürcüstana səfəri ilə əlaqədar Tbilisidəki etirazlara münasibət bildirmişdi. O, Kremlin gürcü millətçilərinin ruslara qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə qınadığını və Rusiya vətəndaşlarının bu ölkəyə səfər etməsinin təhlükəli olduğunu söyləmışdi.

Maraqlıdır, Peskovun rus jurnalisti kimi təqdim etdiyi Pozner, görən özü hansı millətdən olduğunu özü bilirmi?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə