Mayın 25-də Gürcüstanda \"Qəzəb günü\" olacaq

Mayın 25-də Gürcüstanda \"Qəzəb günü\" olacaq
Keçmiş müdafiə naziri İrakli Okruaşvili ölkəyə gələrsə həbs olunacaq. SİA-nın "Qruziya-online" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin Analiz və İnformasiya departamentinin rəisi Şota Utiaşvili jurnalistlərə açıqlamasında deyib. Gürcüstanın bəzi KİV-lərinin yaydığı xəbərə əsasən bir neçə gün əvvəl Okruaşvili Moskvada gizli görüşlər keçirib. Lakin bu görüşlərin təfərrüatları açıqlanmır. Eyni zamanda müxalifət liderlərindən biri olan Sozar Subari mayın 25-i "Qəzəb günü" elan edib.


Qeyd edək ki, ölkə prezidenti Mixail Saakaşvilinin istefası tələbi ilə Tiflis və Batumidə keçirilən etiraz aksiyaları Gürcüstanın Demokratik Hərakat Partiyası və "Xalq məclisi" ictimai təşkilatının rəhbərliyi altında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB