Rusiyada son bir gündə daha 9 169 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 554 264 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 383 nəfər artaraq 99 233-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 176 419 pasiyent sağalıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB