Polislə silahlılar arasında atışma - ölən və yaralananlar var

Polislə silahlılar arasında atışma -  ölən və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatının Orinc şəhərində baş verən atışmada bir neçə nəfər ölüb. Bu barədə SİA RİA “Novosti”yə istinadən xəbər verir. Polis əməkdaşları atışma ilə bağlı daxil olan çağırışa əsasən hadisə yerinə cəlb ediliblər, orada ölənlərin və yaralıların olduğunu aşkarlayıblar. Vəziyyətin sabitləşdiyi, əhali üçün heç bir təhlükənin olmadığı bildirilir. “MSNBC” telekanalı polisə istinadla xəbər verir ki, ticarət kompleksində baş verən atışmada azı dörd nəfər ölüb, iki nəfər yaralanıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə