Torpaq sürüşməsi: 16 ölü

Malayziyada uşaq evində torpaq sürüşməsi baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində binada olan 16 nəfər ölüb.

Bölgənin təhlükəsizlik səlahiyyətliləri hadisədən dərhal sonra xilasetmə işlərinə başlandığını bildiriblər: \"Torpaq sürüşməsi səhər saatlarında uşaq evinin yaxınlığında baş verib. Nəticədə uşaq evi dağılıb. Xilasetmə işlərində 15 uşaqla 34 yaşlı işçi ölü tapılıb. Lakin hadisədən xilas olanlar da olub. Belə ki, 8 uşaq və bir işçi dağıntıdan sağ çıxıb\".

Qeyd edək ki, torpaq sürüşməsinə Malayziyada yağan şiddətli leysan yağışlarının səbəb olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə