İyrənc təcavüzkar həbs edilib

İyrənc təcavüzkar həbs edilib

Fransanın cənubundakı Marsilya şəhərində cinsi zorakılıqla günahlandırılan şəxs həbs edilib. SİA-nın məlumatına görə, 27 yaşlı işsiz şəhər sakini 20 uşağa təcavüz edibmiş. Şəhərin baş prokuroru Katerine Çamprenault mövzu ilə bağlı açıqlaması zamanı bildirib ki, uzun zamandır axtarışda olan şəxsin tutulması əhali arasında rahatlığa səbəb olub.

Hadisələrin 2009-2011-ci illərdə baş verdiyini deyən prokuror, zorakılığa məruz qalanlar arasında 3 aylıq körpənin olduğunu da qeyd edib.

Qeyd edək ki, öz bacısı, qohumları və digər azyaşlı uşaqlara qarşı törətdiyi zorakılıq cinayətini etiraf edən şəxs hətta hadisələri mobil telefonu vasitəsilə qeyd edirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə