Ukrayna Rusiya ilə turizm sahəsində əməkdaşlıq müqaviləsini ləğv edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu jest Ukrayna tərəfindən MDB ölkələri ilə bağlanmış digər müqavilələrin kütləvi şəkildə ləğvi çərçivəsində edilib.
Beləliklə, 2020-ci ilin dekabrında Ukrayna 1993-cü ildə Moskvada imzalanmış baytarlıq haqqında sazişdən çıxıb.
Ukraynalı səlahiyyətlilər, MDB üzv dövlətlərinin ərazilərinin sanitariya qorunmasına dair razılaşmanın tərəfi olmaqdan imtina ediblər və bitki karantini şurasının yaradılması haqqında razılaşmadan çıxıbar.
Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında münasibətlər getdikcə pisləşir. Hətta gərginlik günbəgün artır. Tərəflər bir-birini ittiham etməkdə davam edir. Lakin, Ukrayna tərəfi artıq Rusiya ilə müqavilələrini də pozur və bununla da münasibətlərini tamamilə kəsmək niyyətində olduğunu gizlətmir.
Görünür, Rusiya tərəfinin münasibətləri bərpa etmək səylərinə Ukrayna tərəfi məhəl belə qoymaq fikrində deyil. Əksinə, hadisələrin gedişi, ələlxüsus müqavilələri pozmaq qərarı Ukraynanın Rusiya ilə əlaqələri kəsmək niyyətində israrlı olduğunu isbatlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB