Sən demə, Qaqiklə Naira da gizli agent imişlər...

Sən demə, Qaqiklə Naira da gizli agent imişlər...

Beləliklə, Ermənistanda istintaq, yəni satqın ovu davam edir. Bu dəfə ermənilər Nikola “altdan-altdan yardımlar edən” yeni bir böyük əndamlı satqın müəyyən ediblər. Sən demə, bu “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qaqik Tsarukyan imiş. Yalandan özünü müxalifətçi kimi qələmə verməyə çalışan Qaqik unudur ki, o özü erməni olsa da, Ermənistanda belə oyunlar keçməz. Çünki, erməni xalqı dostla düşməni bir-birindən yaxşı ayırır(?). SİA erməni mətbuatına istinadən yazır.

Məsələn, Qaqikin, lap elə onun partiya tərəfdaşlarının son əməlləri onların satqınlıqlarından xəbər verir. Niyə, bu gün Ermənistanda hamı Paşinyanı “xain” kimi çağırdığı halda Tsarukyan çağırmır? Niyə, Qaqik erməni əyalətlərini gəzərək altdan-altdan Nikola səs verməyə seçici toplayır?

Deyilənə görə, hətta bu yaxınlarda onun rəhbəri olduğu partiya üzvlərinə mitinqlər zamanı küçələrə çıxmamağı tapşırdəğı da məlum olub. Guya bunlar küçəyə çıxmasalar “ermənilərin möhtəşəm küçə hərəkatı” boşa çıxacaq? Əlbəttə ki, bu ola bilməz, əksinə, onların ümidləri boşa çıxacaq. Belə görünür ki, hələ üç il əvvəl Qaqik tərəfdarlarının səsləndirdikləri “Tsarukyanın dəstəyi olmasaydı Ermənistanda inqilab da olmazdı” deyimi əbəs deyilmiş. Bundan başqa, Nikolun Tsarukyanı həbs etdirib malikanəsində axtarış apartması da yalançı oyunlardan biriymiş.

Siz hələ bir Naira Zohrabyana baxın. Dünənədək Nikolu satqın adlandırırdı. Amma, sən demə, satqının böyüyü özü imiş. İndi də, parlamentdə Nikolun istefa məsələsini kənara qoyub, erməniləri İrəvan kücələrində sahibsiz gəzən itlərin halına yanmağa çağırır. Özündən “it gəzdirən qadın” obrazı yaratmağa çalışır. Parlamentin tribunasında “bülbül kimi ötən” “Mənim addımım” fraksiyasının üzvlərinin çıxışlarını məlul-məlul dinləyir.

Amma bir şeyi unudur. Unudur ki, daha artıq erməni xalqı nə Tsarukyanın, nə də elə Zohrabyanın bir vaxtlar özlərinə qoyduqları “müxalifətçi” adına inanmırlar. Tsarukyan və onun ətrafı erməni xalqının nə qədər “məğrur” xalq olduğunu yaxşı bilirlər. Onlar artıq ermənilərin pul müqabilində “Çiçəklənən Ermənistan” fraksiyasına səs verəcəyinə ümid etməyə bilər.

Yeri gəlmişkən, ermənilərə nə etibar... Məsələn, bəzi erməni saytları Paşinyanın Tsarukyanla “əldə edilmiş razılaşmaları” hər an poza biləcəyini də istisna etmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə