ABŞ təşkilatları Baydeni Rusiya ilə dialoqa çağırır

ABŞ təşkilatları Baydeni Rusiya ilə dialoqa çağırır

Nüfuzlu “The Hill” nəşri ölkədə fəaliyyət göstərən 27 təşkilatın ABŞ Prezidenti Cozef Baydeni rusiyalı həmkarı Vladimir Putinlə konstruktiv dialoqa çağırdığını bildirib.

SİA bu barədə rus mediasına istinad edir.

Qeyd edək ki, Baydenin Putinlə bağlı son açıqlamalarına münasibət bildirən təşkilat rəhbərləri, iki liderin son fikir mübadiləsi ilə əlaqədar narahatlıqlarını da gizlətməyiblər.

Bununla yanaşı, onlar Baydeni “aldığı öhdəliyi yerinə yetirməyə”, bütün səylərini silahlara nəzarət və nüvə silahları yarışı təhlükəsini aradan qaldırmağa çağrıblar.

Xatırladaq ki, bir müddət bundan əvvəl Amerikanın ticarət televiziya şəbəkəsi olan ABC-yə verdiyi müsahibədə ABŞ prezidenti Rusiya dövlətinin başçısının, ştatlardakı seçkilərə müdaxilə etdiyi üçün “cavab verəcəyini” söyləmişdi.

Bundan sonra, Rusiya Prezidenti Vladimir Putindən amerikalı həmkarının söylədiyi fikirlərlə bağlı nə düşündüyünü soruşarkən o, ruslara məxsus bir uşaq deyimini xatırlatmışdı.

Maraqlıdır ki, Putinin Baydenə açıq bir onlayn söhbət aparmaq dəvətini də amerikalı prezident hələ cavabsız qoyub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə