Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində 155 nəfər vəfat edib

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində 155 nəfər vəfat edib
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 155 nəfər vəfat edib. SİA xəbər verir ki, bu barədə "covid19.saglik.gov.tr" portalında məlumat yayılıb. Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 37 303 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 19 925, ağır xəstələr isə 2054 nəfər olub. Qeyd edək ki, Türkiyədə indiyədək 3 277 880 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 995 033 nəfər sağalıb, 31 385 nəfər isə həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə