Slovakiyanın baş naziri istefa verdi - SƏBƏB?

Slovakiyanın baş naziri istefa verdi - SƏBƏB?

Slovakiyanın Baş naziri İqor Matoviç istefa verib. SİA Reuters agentliyinə istinadən xəbəri yayıb.

Əldə etdiyimiz məlumata görə, Baş nazirin istefası əsasən Rusiyadan alınmış "Sputnik V" vaksinlərinin ölkədə yaratdığı siyasi qalmaqaldan sonra baş verib. Matoviçin istefası könüllü olub. Belə ki, ölkənin iqtisadiyyat naziri Rixard Sulik, səhiyyə naziri Yan Bitto-Çiqanikov, ədliyyə naziri Mariya Kolikov və Slovakiya parlamentinin sədr müavini Yuray Şeliqanın istefa ərizələrindən sonra Baş nazir vəzifəsini tərk etməkdən başqa yol tapa bilməyib.

Slovakiya prezidenti Zuzana Çaputova yeni hökumətin təşkilini Eduard Xeqeruya tapşırıb. Ölkənin 4 iri partiyası yeni kabinetin təşkilində iştirak etmək istədikərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə