Erməni saytları hazırda Ermənistanda müstəqil bir məhkəmə sisteminin fəaliyyət göstərdiyini iddia edirlər. Saytlar nümunə üçün son zamanlar Ara Saqatelyan, Robert Köçəryan və digərlərinin sərbəst buraxılmasını əsas kimi göstərirlər.
Amma məsələ bundadır ki, “Vətən Azadlığı Hərəkatı” yenə öz ampulasındadır. Yəni Nikol Paşinyanı hakimiyyəti qəsb etmək cəhdlərində günahlandırmaq üçün səylərini əsirgəmir. Budur, Paşinyanın yerinə keçmək istəyən Vazgen Manukyan Nikolun hakimiyyətdə qalma səyində yalnız zorlu metodlardan istifadə etdiyini bildirir. Manukyan əminliklə, Paşinyanın inzibati mənbəyi gücləndirdiyini, ordunu zərərsizləşdirdiyini, polisə rüşvət verdiyini, Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən istifadə etdiyini bildirir.
Maraqlıdır ki, erməni saytları Manukyanın hər mitinqdə təkrarladıqlarının artıq sadə xalqı qane etmədiyi yazırlar.
Yaxşı, nə deyir Manukyan? Deyir ki, ay mənim millətim, biz bundan sonra erməni ordusunu gücləndirməliyik. İnsan resurslarından istifadə etməliyik. Ölkədən qaçan erməniləri qaçmağa qoymamalıyıq. Onları işlə təmin etməliyik və s. və ilaxır.
Vazgendən soruşanda ki, bütün bunlara nə ilə nail olmaq olar, çiyinlərini çəkir. Bu prosseslər üçün uzun və üzücü illər lazım olduğunu bildirir.
Vazgen burada köhnə bir iqtisadçı kimi nədənsə, Ermənistanın bütün bunları yoluna qoya biləcək ölkə iqtisadiyyatının olmadığını demək istəmir. Niyə? Məlim deyil. Amma artıq əksər ermənilər bunu onun Rusiyadan aldığı təlimatla əlaqələndirirlər.
Təbii ki, bu gerçəklikdir: ölkədən köçün davam edəcəyi təqdirdə nəinki ölkənin hərbi personalını doldurmağa, heç işlətməyə adam da tapılmayacaq.
Amma bütün bunlara baxmayaraq, belə görünür ki, Manukyan erməni hakimiyyətini ələ almaqda israrlıdır. Hakimiyyətə gələcəyi təqdirdə “hər şeyi təmizləyə, yeni bir iqtisadiyyatın, yeni bir ordunun təməlini qoyacağını, dost ölkələrlə əlaqələr quracağını” yalan vədlər kimi meydana yığdıqlarına sırımaqla deyil axı.
Belə yalan vədləri vaxtilə Nikol Paşinyan da ermənilərə vermişdi.
O da Vazgen kimi, Ermənistanı Qafqazın “İsraili” edəcəkdi. Bəs, nə oldu?
Erməni saytları Manukyana sual ünvanlayırlar: əgər doğrudan da sən Vazgen bu qabiliyyətə sahibisənsə, bəs, Ermənistanın baş naziri olarkən niyə bunları etmədin?
Yeri gəlmişkən, ötən gün erməni saytlarına danışan rusiyalı politoloq Sergey Markedonov Ermənistanın siyasi həyatı ilə bağlı maraqlı məqamlara toxunub.
Nə qədər qəribə də olsa, rusiyalı politoloq hazırkı baş nazir Nikol Paşinyanın ölkədəki populyarlığının açıq şəkildə azalmasına baxmayaraq, onun hələ də Ermənistanda bir nömrəli siyasətçi olaraq qaldığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB