Ağrı içindəyəm və ayağımdan istifadə edə bilmirəm - Navalnıdan AÇIQLAMA
Rusiyalı müxalifət lideri Aleksey Navalnı “böyük ağrı” içində olduğunu və bir ayağından istifadə edə bilmədiyini söyləyib. Həmçinin belində kəskin ağrıların olduğundan şikayət edib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Rusiya həbsxana rəhbərliyi buna qarşı bir açıqlama verərək Navalnının səhhətinin "qənaətbəxş səviyyədə" olduğunu açıqlayıb. Navalnının vəkilləri müxalifət liderinə müxtəlif yollarla işgəncə verildiyini iddia edirlər. Məsələn, həbsxana gözətçilərinin bir şəkildə Navalnının yatmasına icazə vermədiyi bildirilir.
Həbsxana rəsmiləri Navalnının mülki həkim tələbini rədd edib və vəkillərin “müvafiq dərman qəbul edə bilməməsinə” dair etirazları rədd edilib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinə qarşı bir nömrəli və ən güclü müxalifət lideri olduqdan sonra həbs olunan və zəhərlənən Alexey Navalni Almaniyada müalicə aldıqdan sonra Rusiyaya döndü və yenidən həbs olundu. Ancaq bu dəfə bir “toplama düşərgəsi” həbsxana olaraq istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB