Rusiyada rüşvətxorluq artır

Rusiyanın Baş Prokurorluğu, 2021-ci ilin yanvar-fevral aylarında ölkədəki iqtisadi cinayətlərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə yalnız bir faiz artdığını bildirib. Prokurorluq ilkin istintaq mərhələsindəki maddi ziyanın ümumi məbləğini 65,3 milyard rubl olaraq qiymətləndirir.

SİA bu barədə rus mətbuatına istinad edir.

Rusiya Baş Prokurorluğunun hüquqi statistika portalına istinad edən "RİA Novosti", bu müddət ərzində ölkədə korrupsiya ilə əlaqəli cinayətlərin ümumi sayının 7,1 minə yüksəldiyini bildirir.

Saytın yazdığına görə, onların strukturunda aşkar olunan cinayətlərin hadisələrinin təxminən yarısını rüşvətlə bağlı faktlar təşkil edir.

Belə ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin həmən dövründə rüşvətxorluq hallarının sayı 21,1 faiz artıb.

Maraqlıdır ki, ölkədə hər üçüncü haldan birində alınan və ya verilən 10 min rubldan çox olmayan rüşvət "xırda rüşvət" kimi qeyd edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə