Tatarıstan Respublikasının Zelenodolsk şəhərində doqquzmərtəbəli binada partlayış olub
Rusiyanın Tatarıstan Respublikasının Zelenodolsk şəhərində doqquzmərtəbəli binada partlayış olub.
SİA Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, axşam saatlarında Lenin küçəsi 39A ünvanında baş verən partlayışa səbəb qazsızması olub.
Partlayışın gücündən 6 mənzil dağılıb. Sakinlər evakuasiya olunub. Bir qadın dağıntılar altından xilas edilərək xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı bir nəfərin öldüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB