Düşənbədə Tacikistanla Türkiyə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Tacikistan Prezidenti Emoməli Rəhmon bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
SİA Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ölkələr arasında siyasət, iqtisadiyyat, ticarət, investisiya qoyuluşu, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm, elm, təhsil və səhiyyə sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Tərəflər Hökumətlərarası Əməkdaşlıq Komissiyasının fəaliyyətinin gücləndirilməsi, iki ölkə sahibkarlarının birgə forumlarının və sərgilərinin keçirilməsi, elm, təhsil, mədəniyyət sahələrində birgə işin fəallaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində əməkdaşlıq, təhlükəsizliyin qorunması məsələləri də müzakirə olunub.
Danışıqlar zamanı beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Səfər çərçivəsində Mövlud Çavuşoğlu Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddinlə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB