Erməni saytlarının birində Mixail Nojknin Böyük Vətən Müharibəsi illərində yazdığı “Son döyüş” mahnısından nümunə gətirilib: “Yenə də balaca, bir az daha...”(Eşe nemnoqo, eşe çut-çut...) –yəni bu minvalla tezliklə Ermənistandan daha heç bir əlamət qalmayacaq. Qalsa da, Lixtenşteynə bənzər cırtdan bir dövlət qalacaq. Təbii ki, bu, mənə o qədər də qeyri-adi görünmür.
Amma unutmaq lazım deyil ki, Lixtenşteyn cırtdan dövlət kimi, tanınsa da, dünyanın ən zəngin dövlətidir.
Bu ölkədə, Ermənistandan fərqli olaraq, heç bir cinayət yoxdur, evin ətrafına çəpər qoymurlar və çıxmazdan əvvəl qapını bağlamırlar. Çünki bu çırtdan hökumətin azsaylı əhalisi ermənilər kimi, ogru, ikiüzlü deyillər.
...Yaxşı, sual olunur, nədir siz ermənilərin lixtenşteynlilər kimi, varlı yaşamağınıza mane olan? İndi də Prusiya prezidenti Otto fon Bismarkdan misal çəkirsiniz: “Ruslarla ya dürüst oynamağa dəyər, ya da heç, ümumiyyətlə, heç oynamamağa”.
Etirafda da bulunursunuz: Rusiyanın erməniləri “əzizləməkdə” öz maraqları var - siyasi, iqtisadi, coğrafi... Bununla belə, “Ruslara söykənmədən belə qonşularla “tək” yaşaya bilmərik”-deyirsiniz. Bəs, belə olan halda, Otto fon Bismarkdan çəkdiyiniz misala nə hacət?
Deyirsiniz ki, indiki nəsil nümayəndələri bilməsə də, altmışıncı illərdə Ermənistanda yaşayanlar yaxşı xatırlayar, guya həmən ərəfədə təhsil, elm, iqtisadiyyat, mədəniyyət, idman sahəsində ermənilər “xarüqələr” yaradırmışlar.
Bax, bu yerdə sayta, ümumuyyətlə saytda bu yazını yazana nə deyərlər: “yalansa ... lənət!”.
Çünki elə Sovetlər birliyi mövcud olanda da siz ermənilər həmişə olduğu kimi, ələbaxan olmusunuz. Əgər belə deyilsə, sual edirəm: niyə Ermənistan 15 müttəfiq respublikalar arasında həmişə 14-cü yerdə “qərar tuturdu”?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB