Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı ukraynalı mütəfəkkir Taras Şevçenkonun irsinə müdaxilə etməkdə günahlandırır. SİA bu barədə "İnterfaks-Ukrayna"ya istinad edərək bildirir.
Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti Şevçenkonu respublikanın milli dirçəlişi və “Rusiyanın boyunduruğundan qurtulma” üçün barışmaz bir döyüşçü adlandırmışdı.
Qeyd edək ki, bundan əvvəl, Müstəqil Dövlətlər Birliyi Federal Agentliyinin veb saytında, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üçün martın 10-da Kiyevdəki Rus Evində “Rus-ukraynalı şair Taras Şevçenkonun” xatirəsi gününə həsr olunacaq telekonfrans keçiriləcəyi barədə xəbər yerləşdirilmişdi.
Yeri gəlmişkən bildirək ki, 2019-cu ilin 16 iyul tarixində Ukraynada “Ukrayna dilinin dövlət dili olaraq işləməsini təmin etmək haqqında” qanun qüvvəyə minib.
Həmin ərəfədə ölkənin beşinci prezidenti olan Petro Poroşenko hökuməti tərəfindən hazırlanmış bu sənədi Ukrayna dilini dövlət orqanları və yerli özünüidarə orqanları, təhsil müəssisələri, tibb müəssisələri və xidmət sektoru üçün məcburi edib.
Məhz buna görə də, Kiyev, Taras Şevçenko ilə bağlı “hər hansı bir rus hekayəsi”ni qəbuledilməz hesab edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB