Ermənilər yenə də ABŞ prezidenti Jozef Baydenin aprelin 24-də “erməni soyqırımı”nı tanınıyacağını ümidlə gözləyirlər. Erməni türkoloq Ruben Safrastyan bu məsələni tərəddüdlə də olsa, “ağlabatan” hesab edir.
Maraqlıdır ki, Safrastyan dediklərinin “qətiyyətinə” inanmasa da, buna baxmayaraq, ABŞ prezidentinin belə bir qərar qəbul etməsinə “əlavə perspektivlər” verən müəyyən geosiyasi proseslərin mövcudluğunu ehtimal edir.
Erməni türkoloq bu perspektivləri, ilk olaraq, bu gün dünyada yaranmış geosiyasi proseslərin mövcudluğu ilə əlaqələndirir.
Təbii ki, erməni xislətinə sadiq Safrastyan həmişə olduğu kimi, yenə də “öz mövqeyini” ortaya qoyur. Onun fikrincə, Türkiyə Orta Şərqin əsas oyunçusu kimi, bu gün artıq regionda öz “əhəmiyyətinin” azalmasına doğru gedir.
Safrastyana görə, Amerika elitasının Ankaraya qarşı mənfi yanaşması, Ərdoğanın Moskva ilə münasibətlər məsələsində də gərginliyi şərtləndirir.
Qeyd edək ki, Türkiyənin Qərbin ayrılmaz hissəsi olaraq NATO üzvlüyü çərçivəsində bütün öhdəlikləri yerinə yetirməyə davam etdiyini etiraf edən erməni türkoloq, Ankaranın Rusiyadan “S-400” kompleksləri almasını Vaşinqtonun Türkiyəni cəzalandırmaq istəməsinə “vadar etdiyini” bildirir.
Erməniyə görə, sabiq prezident Trampla müqayisədə Bayden administrasiyasının Ankaraya qarşı sərt mövqeyi Amerika prezidentinin erməni soyqırımı faktını tanımasına əlavə perspektivlər verə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB