Yəmənin prezidenti ölkəsi üçün \"Əl Qaidə\" təşkilatının təhdid olduğunu deyib. SİA-nın məlumatına görə, dövlət başçısı Əli Abdullah Saleh istefa təklifini qəbul etdiyini, lakin bunun çox ağır nəticələri olacağını deyib: \"Körfəz Əməkdaşlıq Şurasının iqtidarın dəyişməsilə bağlı təklifini dəyərləndirmək məqsədilə istefa planını imzalayacam, amma bu o demək deyil ki, hər şey düzələcək. Əksinə vəziyyətin əvvəlkindən daha pis hala gələcəyini zamanla görəcəyik. Amerikalılara və Avropalılara səslənirəm, \"Əl Qaidə\" Yəmən üçün böyük təhlükə olacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB