Vaşinqton “Şimal axını–2” qaz kəmərinə qarşı sanksiyaları sərtləşdirəcək

Vaşinqton “Şimal axını–2” qaz kəmərinə qarşı sanksiyaları sərtləşdirəcək

Vaşinqton “Şimal axını–2” qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirəcək.

SİA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CNN”-ə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Amerikada hələ də bu layihənin “pis fikir” olduğu qənaətindədirlər.

“Bizim üçün vacib olan birbaşa yaxın tərəfdaşımız Almaniyaya bu barədə danışmaq imkanımızın olmasıdır”, - Blinken belə deyib.

Rusiya ilə münasibətlərdən danışan Amerika diplomatiyasının rəhbəri Moskvaya qarşı da yeni sanksiyaların tətbiq olunacağını vurğulayıb.

“Biz “SolarWinds” vasitəsi ilə həyata keçirilən kiberhücumların, ABŞ-da seçkilərə müdaxilənin, Aleksey Navalnının öldürülməsi üçün kimyəvi silahdan istifadə faktının nəzərdən keçirilməsinin tamamlanması mərhələsindəyik. Bunun bir qiyməti və bədəli olacaq”, - deyə dövlət katibi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə