Aİ-nın nümayəndəsi növbəti dəfə vasitəçilik məqsədi ilə Gürcüstanda səfərdədir

Aİ-nın nümayəndəsi növbəti dəfə vasitəçilik məqsədi ilə Gürcüstanda səfərdədir

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson növbəti dəfə vasitəçilik məqsədi ilə Gürcüstanda səfərdədir.

SİA xəbər verir ki, K.Danielson üç gün davam etməsi planlaşdırılan səfəri çərçivəsində hakim "Gürcü Arzusu" partiyası ilə müxalifət arasında Aİ-nin dəstəklədiyi dialoq prosesinə vasitəçilik edəcək. İsveçli diplomatın tərəflərlə müzakirələrə martın 29-da başlayacağı bildirilib.

Qeyd edək ki, K.Danielson martın 19-da hakimiyyətlə müxalifət arasında nəticəsiz başa çatan danışıqlardan sonra Tbilisini tərk etmişdi.

Gürcüstanda siyasi böhran müxalif lider Nika Melianın həbs edilməsindən sonra pik həddə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə